[Servis məlumatları]
Tikinti işləri

Bazardakı fəaliyyəti dövründə INTEGRAS şirkətinin sənətkarlar qrupu müştərilərə binaların dizaynından başlayaraq dekorasiyasına qədər bütün təmir-tikinti xidmətlərinin tam spektrını təklif etməyə imkan verən güclü təcrübə toplamışdır. Məhz bu fakt şirkəti yalnız müəyyən bir xidmət üzrə  ixtisaslaşmış digər rəqiblərindən fərqləndirir.

Tikinti işləri üzrə xidmətlər

  • Layihənin işlənməsi. (Yalnız peşəkar inşaatçılar və dizaynerlər tərəfindən aparılır)
  • İstənilən mürəkkəblikdə olan inşaat işlərinin tam spektrı
  • Təmir (bütün növləri, “kosmetik” işlərdən başlayaraq tamamilə yenidən qurulmaya qədər)
  • Dizayn (daxili və xarici)
  • Kommunukasiya sistemlərinin (mühəndis sistemlərinin) çəkilməsi

Bizim avantajlarımız

Müştərilərimizin bütün fikirlərini həyata keçirmək şirkətimizin əsas fəaliyyət istiqamətidir. Eyni zamanda, öz işimizdə layihələndirmə və inşaatın bütün mərhələlərini əhatə etməklə biz müştərilərimizin öz şirkətlərinin əsas fəaliyyətinə yönəldə biləcəkləri vaxtına və vəsaitlərinə qənaət etmiş oluruq. Belə çətin bir işin vaxtında və keyfiyyətli yerinə yetirilməsi mütəxəssislərimizin yüksək ixtisası və xüsusi təşkilati sxem sayəsində mümkündür: inşa edilən hər bir obyektə onun layihə meneceri tərəfindən nəzarət edilir. O, inşaata icazə verildiyi andan etibarən obyektin müştəriyə təhvil verilməsinə qədər olan müddətdə bütün xidmətləri koordinasiya edərək və nəzarətdə saxlayaraq  layihənin aparılmasının bütün mərhələlərinə rəhbərlik edir. Bu zaman müştəri obyekt barədə bütün məlumatları bir nəfərdən almış olur.

Bizimlə indi əlaqə saxlayın
Bizim mütəxəssislərdən ətraflı məsləhət alın!
İstəyiniz uğurla qeydə alındı
[Tamamlanmış proyektlər]
Layihələrimizdən nümunələr