[Servis məlumatları]
Havalandırılan fasad sistemləri

Asma havalandırılan fasad müasir ev üzlük sistemi olub xarici dekorasiya, izolyasiya və divarların təbii təsirlərdən qorunması kimi bir neçə vacib funksiyanı özündə cəmləşdirir. Konstruksiyasının əhəmiyyətli dərəcədə uzunömürlülüyü, davamlılığı və geniş çeşiddə üzlük materialları seçimi olan havalandırılan fasadlar uzun illər ərzində müasir binaların görünüşünü kökündən dəyişdirə bilər. Asma fasad sistemlərinin istifadəsi istilik itkisini “dəfələrlə” azaltmaqla bərabər, eyni zamanda yenidən qurulan binalara müasir görünüş verməyə imkan verir.

Havalandırılan fasadların üstünlükləri: havalandırılan fasadlar bir sıra danılmaz üstünlüklərə malikdir ki, bu da onların bu gün populyar olmasını şərtləndirir:

  • Divarların istilik izolyasiyası – isitmə mövsümündə istilik itkilərini və bunun nəticəsində istilik istehlakını əhəmiyyətli dərəcədə azaldır.
  • Binanın divarlarının Günəş düşən tərəfdən qızması azalır.
  • Etibarlı səs izolyasiyası – şəhərin səslərinin içəri dolmasının qarşısını alır
  • Atmosfer təsirlərindən müdafiə – bu, evlərin və binaların xarici divarlarının istismar müddətini artırır.
  • Konstruksiya və quraşdırma sadəliyi – bütün altsistem və bərkidicilər ən kiçik detallara qədər nəzərə alınmışdır. Yəni havalandırılan fasad konstruktor kimi yığılır.
  • Uzunsürən istismar müddəti – alt sistemin hazırlandığı metalın və üzlük materialının markasından asılı olaraq havalandırılan fasadların istismar müddəti ən azı 50 ildir!
  • İlin istənilən vaxtında sistemi quraşdırmağın mümükünlüyü – nə alt sistem, nə də üzlük materialı havanın temperaturundan asılı deyildir. “Nəm” proseslərinin olmaması havalandırılan fasadın ilin bütün fəsillərində quraşdırılmasına şərait yaradır!
  • Yüksək səviyyədə yanğın təhlükəsizliyi – havalandırılan fasadlar konstruksiyaların KO yanğın təhlükəsizliyi sinfinə (yanğın üçün təhlükəli deyil) aiddir.
Bizimlə indi əlaqə saxlayın
Bizim mütəxəssislərdən ətraflı məsləhət alın!
İstəyiniz uğurla qeydə alındı
[Tamamlanmış proyektlər]
Layihələrimizdən nümunələr