[ Haqqımızda məlumat ]

İntegras İnşaat şirkəti

“İNTEGRAS” tikinti şirkətimiz peşəkar komandası ilə birlikdə 1998-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq fəaliyyət göstərməkdədir. Yerli tikinti sektorunda ilk illər “STARPEN” adı ilə tanınan şirkətimiz 2018 – ci ildən fəaliyyətini “İNTEGRAS” adı altında davam etdirməkdədir.

Müəssisəmizin ümumi fəaliyyətinə plastik və alüminium sistemlərin (qapı və pəncərələrin) yığılması və quraşdırılması, hündür mərtəbəli binalara şüşə üzlüklərin vurulması, binaların ön hissəsinin kompozit panel ilə üzlənməsi, alüminium qapı və pəncərələrin, ofis arakəsmələrinin, fotoelement qapıların, giriş qruplarının, ventilyasiya edilən fasadların quraşdırılması və həmçinin də açar təmir-təslim layihələri daxildir. Görülən işin keyfiyyətli və beynəlxalq standartlara uyğun olması şirkətimizin fəaliyyətində özünü əks etdirməkdədir.

İnşaat müəssisəsi və tikinti malları anbarı şəhərətrafı ərazilərdə yerləşmişdir və ümumi sahəsi 1500 m²-dır. Sahəsi 80 m² olan “İNTEGRAS” şirkətinə məxsus sərgi salonu isə şəhərin mərkəzi hissəsində yaradılmışdır.

Fəaliyyətimiz dövründə biz, “İNTEGRAS” şirkəti olaraq mühüm nailiyyətlər əldə etmişik. Şirkətimiz fəaliyyət göstərdiyi bu müddət ərzində bir çox iri tikinti şirkətləri ilə yanaşı bəzi dövlət müəssisələri ilə də çoxşaxəli əməkdaşlıqlar qurmuşdur. “İNTEGRAS” şirkətinin əsas iş prinsipi keyfiyyət və yüksək səviyyəli xidmət göstərməkdən ibarətdir.

[380]
böyük layihə
[5]
beynəlxalq layihə
[8]
sertifikat
[22]
illik təcrübə